“Fənərbağça”dan ilk transfer – Rəsmi
21.06.2024 , 15:43

“Fənərbağça” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisi “Fatih Karagümrük”dən Levent Mercanı heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
Mercan 2021-ci ilin avqustundan “Fatih Karagümrük”də çıxış edirdi.
