“Fənərbağça”dan gedir
13.08.2024 , 11:02
“Fənərbağça”nın yeni mövsüm heyətində yer almayan Emre Morun yeni ünvanı məlum olub.
Korner.az xəbər verir ki, futbolçunun transferi üçün “Eyüpspor” İstanbul təmsilçisu ilə anlaşıb.
27 yaşlı futbolçunun maaş gözləntilərini çox yüksək görən “Eyüpspor” onun meneceri ilə danışıqları davam etdirir.
“Fənərbağça” ilə cari müqaviləsi gələn il başa çatacaq Emre Morun hazırkı bazar dəyəri 2 milyon avro olaraq göstərilir.