“Fənərbağça”dan gedir?
19.03.2024 , 12:10

“Fənərbağça”nın futbolçusu Sebastyan Şimanski klubdan ayrıla bilər.
Korner.az xəbər verir ki, o, karyerasını İtaliyada davam etdirməyə yaxındır.
Yarımmüdafiəçi ilə “Milan” maraqlanır.
“Fənərbağça” A Seriyası klubunun 18 milyon avroluq təklifini rədd edib, onun əvəzinə 25 milyon avro tələb edir.
