“Fənərbağça”nın mövsüm bitdikdən sonra hansı futbolçularla yollarını ayıracağı artıq məlumdu.
Korner.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, “sarı lacivərdlilər” Bienvenu, Miroslav Stok, Krasiçi göndərməyə hazırlaşır. Gedənlərin sırasına müdafiəçi Yobonun da qoşulacağı bildirilir. Lakin nigeriyalı futbolçunun “Fənər”lə 2 illik müqaviləsi qalıv və buna görə onun gedib-getməyəcəyi tam bilinmir.