Türkiyə Super Liqasında çıxış edən “Fənərbağça” klubu FİFA dərəcəli hakim Cüneyt Çakırı ali futbol qurumuna şikayət edib.
Korner.az-ın verdiyi məlumata görə, klub “Antalyaspor”a qarşı keçirilən matçda səhv qərar olaraq qiymətləndirilən Çakırın qeydə aldığı qərarların video-görüntülərini FİFA Hakimlər Komitəsinə yollayıb.
Komitə öz açıqlamasında bildirib:”Cünet Çakırın Avropada və Türkiyədə oyunu idarə etməsi fəqlidir. Hakim Türkiyədə keçirilən qarşılaşmaları pis idarə edir. Lakin, Soun vurduğu qolu ləğv etməklə hakim düzgün qərar verib.
Xatırladaq ki, “Antalyaspor” – “Fənərbağça” matçında “Fənərbağça”lı futbolçunun vurduğu qolda təhlükəli vəziyyət qeydə alan Cüneyt Çakır çoxlu mübahisələrə səbəb olmuşdu.
