“Fənərbağça”dan “Eyüpspor”a keçir
15.07.2024 , 16:45

“Fənərbağça”nın yeni mövsüm planında yer almayan Luan Peres üçün yeni transfer iddiası gündəmə gəlib.
Korner.az xəbər verir ki, müdafiəçinin xidmətində “Eyüpspor” maraqlıdır.
Klub rəhbərliyi Luan Peresin transferi üçün İstanbul təmsilçisi ilə rəsmi danışıqlara başlayıb.
29 yaşlı futbolçunun gələcəyinə qısa zamanda aydınlıq gələcəyi gözlənilir.
“Fənərbağça” Luan Peresi 2022-ci ilin yayında “Marsel”dən heyətinə qatıb.
