“Fənərbağça”dan daha bir transfer
03.09.2019 , 16:47

Türkiyənin “Fənərbağça” klubu heyətinə yeni futbolçu cəlb edib.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisi Fransanın “Olimpik” klubundan Luis Qustavonu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Braziliyalı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.
“Fənərbağça”nın bu keçid üçün Fransa klubuna 6 milyon avro ödədiyi bildirilir.
