Türkiyənin “Fənərbağça” klubu son günlərdə cəbhədə baş verən hadisələrə görə Azərbaycana dəstək verdiyini bildirib.
Korner.az-ın məlumatına görə, “sarı bülbüllər”in “facebook”dakı rəsmi səhifəsinə edilən paylaşımda ermənilərin işğal etdiyi Azərbaycan torpaqlarından çıxması üçün başladılan kampaniyanı dəstəkləyir:
“Qardaşımız Azərbaycanı dəstəkləmək üçün başladılan kampaniyaya biz də imzamızı atırıq” deyə, paylaşımda qeyd olunub.
