“Fənərbağça”dan ayrılıb keçmiş klubuna qayıdacaq
10.04.2025 , 12:30

“Fənərbağça”nın legioner oyunçusu Sebastian Şimanski yenidən Hollandiyaya qayıda bilər.
Korner.az xəbər verir ki, futbolçunun xidmətində keçmiş komandası “Feyenoord” maraqlıdır.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Hollandiya klubu mövsümün sonunda Şimanskini yenidən transfer edəcək.
İstanbul nəhəngi onun üçün 20 milyon avro məbləğ tələb edir.
Bu mövsüm “Fənərbağça”nın heyətində 45 matçda iştirak edən Şimanski 7 qol vurub, 9 məhsuldar ötürmə edib.
