“Fənərbağça”dan ayrılır, bu kluba keçir
12.07.2024 , 14:10

“Fənərbağça”nın yollarını ayıracağı təcrübəli müdafiəçi Serdar Aziz üçün sürpriz talib çıxıb.
Korner.az xəbər verir ki, futbolçu ilə “Başakşəhər”in maraqlandığı bildirilir.
Türkiyə mətbuatı yazır ki, Super Liqa təmsilçisi artıq 33 yaşlı oyunçu ilə razılığa gəlib.
Xəbərdə, “Başakşəhər”in futbolçunun transferini qısa müddət ərzində açıqlamağı planlaşdırdığı qeyd edilib.
