“Fənərbağça”dan ayrılır, bu kluba keçir
11.04.2025 , 14:42

“Fənərbağça”nın hücumçusu Cenk Tosun klubundan ayrılacaq.
Korner.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
34 yaşlı forvardın xidmətində “Eyüpspor” maraqlıdır.
Futbolçu İstanbul təmsilçisində oyun şansı çox qazanmadığı üçün komandanı tərk edəcək.
