“Fənərbağça”dan ayrılır?
06.02.2025 , 15:30

“Fənərbağça”nın futbolçusu Cengiz Ünder karyerasını İtaliyada davam etdirə bilər.
Korner.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçinin xidmətində “Bolonya”nın maraqlı olduğu iddia olunur.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
A Seriyası təmsilçisi oyunçunun keçidi ilə bağlı İstanbul nəhəngi ilə danışıqlara başlayıb.
