“Fənərbağça”dan ayrılır
25.07.2024 , 18:05

“Fənərbağça”nın futbolçusu Umut Nayir klubundan ayrılacaq.
Korner.az xəbər verir ki, onun “Konyaspor”a keçəcəyi gözlənilir.
Tərəflər arasında artıq razılıq əldə olunub. “Konyaspor” İstanbul təmsilçisinə bonuslar daxil 600 min avro transfer haqqı ödəyəcək.
Umut Nayir yeni klubunda illik 30 milyon TL maaş alacaq.
O, qısa müddətdə “Konyaspor”la rəsmi müqavilə imzalayacaq.
