“Fənərbağça”dan ayrılır
10.07.2024 , 13:24

“Fənərbağça”ya qayıdan Serdar Dursun klubundan ayrıla bilər.
Korner.az xəbər verir ki, “Kocaelispor” futbolçunu transfer siyahısına daxil edib.
Futbolçuya yaxın zamanda rəsmi təklifin olacağı gözlənilir.
“Fənərbağça” isə Serdarla müqavilə yeniləmək istəyir.
2023/24 mövsümündə ümumilikdə 35 matça çıxan Serdar Dursun 9 dəfə rəqib qapısına yol tapıb. 32 yaşlı hücumçu iki dəfə komanda yoldaşlarına qol ötürməsi edib.
