“Fənərbağça”dan ayrılan futbolçunun yeni klubu
24.08.2022 , 17:57

“Fənərbağça”dan ayrılan Maks Mayerin yeni klubu məlum olub.
Korner.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi karyerasını İsveçrədə davam etdirəcək.
Almaniyalı futbolçu “Lütsern”lə müqavilə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Mayer Super Liqa təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.
