“Fənərbağça”dan ayrıla bilər
12.01.2026 , 20:00
“Fənərbağça”da çıxış edən Sebastian Şimanski qış fasiləsində klubla vidalaşa bilər.
Korner.az xarici KİV-ə istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi karyerasını Fransada davam etdirməyə hazırlaşır.
Xəbərdə bildirilir ki, “Renn” artıq futbolçunun transferi üçün İstanbul klubu ilə razılıq əldə edib.
Polşalı oyunçunun Fransa təmsilçisi ilə 2030-cu ilin yayına qədər müqavilə imzalayacağı qeyd olunur. Şimanski bu mövsüm “Fənərbağça”nın heyətində 25 matça çıxıb, 1089 dəqiqə meydanda olaraq 2 qolla yadda qalıb.