“Fənərbağça”dan 20 milyon avroluq qərar
29.07.2024 , 13:26

“Fənərbağça”nın nigeriyalı ulduzu Osayi Samuel üçün taliblər günü-gündən artmağa başlayıb.
Korner.az xəbər verir ki, 26 yaşlı futbolçu ilə “Sauthempton”dan sonra “Fulhem”in də maraqlandığı bildirilir.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Xəbərdə, hələlik kluba rəsmi təklifin olmadığı vurğulanıb.
İstanbul təmsilçisi oyunçu üçün 20 milyon avrodan aşağı istəkləri nəzərə almayacaq.
Osayi Samuelin klubu ilə müqaviləsinin müddəti gələn ilə qədərdir.
“Fənərbağça”da 140 matça çıxan futbolçu 7 qol vurub və 13 məhsuldar ötürmə ilə yadda qalıb.
Mina Musayeva
