"Fənərbağça" klubunun qapıçısı Volkan Dəmirəl "Qalatasaray" ilə oynanılan Superkubok finalında aldığı zədə ucbatından 3 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Korner.az-ın məlumatına görə, əlcək sahibi matçın 14-cü dəqiqəsində qapı qarşısına asmanı tutmaq istəyərkən çiynindən zədə almışdı. Qolkiper oyundan çıxdıqdan sonra xəstəxanaya aparılıb.
Qeyd edək ki, Volkan Dəmirəl Türkiyənin Avusrtya ilə oynayacağı matç heyətindən də çıxarılıb.
