“Fənərbağça”da zədə şoku: 6 həftəlik sıradan çıxdı
17.02.2026 , 18:46
Türkiyənin “Fənərbağça” klubunda ciddi itki yaşanıb.
Korner.az xəbər verir ki, yarımmüdafiəçi Edson Alvares əməliyyat olunub və təxminən 6 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Türkiyə mətbuatı yazır ki, Alvares ayağındakı ağrılar səbəbindən müalicə olunub və komandanın hazırki planlarında iştirak edə bilməyəcək.
28 yaşlı futbolçu 2025-ci ilin avqust ayında “Vest Hem” klubundan İstanbul təmsilçisinə transfer olunub. Meksika millisinin üzvü cari mövsümdə “Fənərbağça” formasını 17 matçda geyinib və 1 qol ötürməsi ilə yadda qalıb.
Bu zədə ilə komandanın yarımmüdafiə xətti Alvaressiz qalıb və məşqçi heyətinin taktiki planlarına yenidən baxması gözlənilir.