“Fənərbağça”da yeni yarımmüdafiəçi
06.08.2020 , 19:23

“Fənərbağça” heyətinə yeni futbolçu qatıb.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisi “Sivasspor”dan ayrılan Mert Hakan Yandaşı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
25 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.
Mert Hakan Yandaş 2017-ci ildən “Sivasspor”da çıxış edirdi. O, geridə qalan mövsümdə bu komanda ilə 37 rəsmi oyuna çıxıb, 10 qola imza atıb.
