“Fənərbağça”da yeni müqavilə
20.03.2023 , 16:14

“Fənərbağça” futbolçusu Altay Bayındır ilə müqaviləni uzadıb.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisi 24 yaşlı qolkiperi ilə 4 illik sözləşmə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
2019-cu ilin yayından “Fənərbağça”da çıxış edən Altay komandanın kapitanıdır.
