“Fənərbağça”da yeni müqavilə
20.01.2023 , 18:58

“Fənərbağça” futbolçusu İsmayıl Yükseklə müqaviləni uzadıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2027-ci ilin yayına qədər artırılıb.
Türkiyə yığmasının da üzvü olan İsmayıl bu mövsüm 17 oyunda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
