“Fənərbağça”nın ulduz futboçusu Robin van Persi dünən keçirilən "Lokomotiv"lə oyunda əvəz olunmasına görə narazlığını bildirib.
Korner.az-ın məlumatına görə, Hollandiya millisinin üzvü meydandan çıxdıqdan sonra birbaşa soyunub-geyinmə otağına yollanıb.
Türkiyə mətbuatının yazdığına görə, hadisə Avropa Liqasının 1/16 final mərhələsində keçirilən “Fənərbaxça” – “Lokomotiv”(2:0) matçının sonlarında hücumçunun Fernandao ilə əvəzlənməsindən sonra baş verib. 32 yaşlı oyunçu ilə yanaşı qarşılaşmanı tribunadan izləyən klubun prezidenti Əziz Yıldırım da baş məşqiçi Vitor Pereyranın bu addımından narazı qalıb.
