Türkiyə Super Liqasıda çempionluq üçün yarışan “Fənərbağça” klubu icarə əsasında Ukraynanın “Zarya” klubunda oynayan Aleksandr Karavayevin transferini reallaşdırıb.
Korner.az-ın məlumatına görə, “Fənərbağça” transfer üçün Ukraynanın “Şaxtyor” klubuna 100 min avro, oyunçunun özünə isə 6 ay üçün 500 min avro ödəyəcək.
