İstər ölkə çempionatında, istərsə də avrokuboklarda uğurlu nəticə qazana bilməyən "Fənərbağça"da radikal addımlar atılır.
Korner.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, artıq "sarı-lacivərtlilər"in baş məşqçisi Aykut Kocaman heç cür yola getmədiyi Aleksi Avopa Liqasının qrup mərhələsində həftəiçi oynayacaqları "Borussiya M." ilə oyuna aparmayacaqı deyilir. Bundan əlavə Kristianın da səfər oyununa aparılmayacağı və komandanın əsas simalarından olan Aleksdən kapitanlıq sarğısını alınaraq, Küyt və ya Volkan Dəmirələ veriləcəyi bildirilir.
Bu gün isə "Fənərbağça" rəhbərliyi toplantı keçirdəcək. "Sarı kanarya" rəhbərliyi Aykut Kocamana dəstək olacaqı və onun qərarlarının bu günkü toplantıda rəsmiləşəcəyi bildirilir.
