“Fənərbağça”da qalacaq
04.12.2024 , 14:30
“Fənərbağça”nın oyunçusu Edin Ceko klubunda qalacaq.
Korner.az xəbər verir ki, 38 yaşlı forvardıın İstanbul təmsilçisindən ayrılacağı gözlənilsə də, bu baş tutmayıb.
Təcrübəli futbolçunun “Los-Anceles”ə keçəcəyi iddia olunurdu.
Ceko “Fənərbağça”nın heyətində 22 matça çıxıb, 13 qol vurub və 3 asist edib.