“Fənərbağça”da koronavirusa yoluxma
22.12.2020 , 18:56

“Fənərbağça”da daha iki nəfər koronavirusa yoluxub.
Korner.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Virusa yoluxanlardan biri futbolçu, digəri isə klub işçisidir. Həmin şəxslərin adları açıqlanmayıb. Onların karantinə alındığı bildirilib.
