“Fənərbağça”da koronavirusa yoluxanların sayı artdı
26.03.2021 , 17:36

“Fənərbağça”da daha iki nəfər koronavirusa yoluxub.
Korner.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Yoluxanlardan birinin texiniki heyətdən, digərinin isə idarə heyətinin üzvü olduğu bildirilib. Onların dərhal karantinə alındığı diqqətə çatdırılıb.
Qeyd edək ki, bundan öncə komandanın 5 futbolçusu koronavirusa yoluxmuşdu.
