Dünya Futbolu

“Fənərbağça”da ilk ayrılıq

13.03.2019 , 13:30

“Fənərbağça”da bu mövsüm uğursuz çıxışı ilə yadda qalan Martin Skreteli rəhbərlik gözdən çıxarıb.

Belə ki, 34 yaşlı təcrübəli oyunçunun müqaviləsi mövsüm sonu başa çatır. Rəhbərlik 1 illik müqavilə təklif etsə də, futbolçu 2 il daha “Fənərbağça” forması geyinmək istədiyini bildirib. Lakin, klub rəhbərliyi onun bu təklifi ilə razılaşmayıb.

Beləliklə, “Fənərbağça”dan ayrılacaq ilk isimlərdən biri Martin Skretel olacaq.

Qeyd edək ki, Skretel 2016-cı ildə “Fənərbağça”ya transfer olub.

Son yazılar

Yuxarı