İstanbulun “Fənərbağça” klubu Dieqo üçün “səfərbərlik” elan edib.
Korner.az-ın məlumatına görə, zədəli olan braziliyalı oyunçunun “Qalatasaray” ilə oynanacaq Superkubok matçına çıxması sual altındadı. Klubun həkim heyəti bunun üçün çox səy göstərir.
29 yaşlı hücumçu daha öncə, “Çelsi”, “Beşiktaş”, “Olimpiakos” və “Roma” qarşılaşmalarında da forma geyə bilməyib.
