Türkiyə Super Liqasında mübarizə aparan “Fənərbağça” klubunun daha bir futbolçusu zədələnib.
Korner.az-ın məlumatına görə, Volkan Şen “Trabzonspor” ilə keçiriləcək oyundan əvvəl zədələnib.
Qeyd edək ki, sözü gedən oyunda “Fənərbağça”nın heyətində Van Persi və Hasan Ali Kaldırım zədə səbəbindən, slovakiyalı futbolçu Şkrtel isə sarı kart cəzasına görə iştirak edə bilməyəcək.
