“Fənərbağça”da daha 3 yoluxma
27.12.2020 , 15:45

“Fənərbağça”nın daha üç futbolçusunda koronavirus aşkarlanıb.
Korner.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.
COVİD-19 testi müsbət çıxan futbolçuların adları açıqlanmayıb. Hər üç oyunçunun karantinə alındığı bildirilib.
