Türkiyə superliqasının son turunda səfərdə “Bursaspor”la 1:1 bərabərə qalan “Fənərbaxça” klubu ciddi itki ilə üzləşib.
Korner.az-ın məlumatına görə, komandanın yarımmüdafiəçisi Dieqo Ribas zədələnərək sıradan çıxıb
Sol ayağından zədə alan braziliyalı futbolçunun ən azı 2 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilir.
