“Fənərbağça”da ciddi itki
02.05.2023 , 16:31

“Fənərbağça” ciddi itki ilə üzləşib.
Korner.az xəbər verir ki, Super Liqanın 32-ci turunda “Sivasspor”a qarşı keçirilən oyunda (3:1) zədələnən İstanbul təmsilçisinin futbolçusu İsmayıl Yüksek sıradan çıxıb.
Belə ki, futbolçunun omba əzələsində yırtıq və qanaxma aşkarlandığı bildirilir.
Hazırda müalicəsi davam edən futbolçunun “Sivasspor”la keçiriləcək kubok oyununu buxacağı dəqiqləşib.
