“Fənərbağça”da ciddi itki
01.12.2020 , 18:54

“Fənərbağça” ciddi itki ilə üzləşib.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisinin argentinalı yarımmüdafiəçisi Dieqo Perotti sıradan çıxıb.
“Beşiktaş”la (3:4) matçda zədələnən futbolçunun əzələlərində qismən yırtığın olduğu bildirilir. Futbolçunun azı bir ay yaşıl meydanlardan kənar qalacağı gözlənilir.
