“Fənərbağça”da ciddi itki
09.03.2020 , 16:31

“Fənərbağça” ciddi itkiylə üzləşib.
Korner.az xəbər verir ki, Super Liqa təmsilçisinin futbolçusu Maks Kruze zədələnib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Super Liqanın 25-ci turunun “Dənizlispor”la matçının (2:2) 31-ci dəqiqəsində zədələnərək, meydanı tərk edən alman yarımmüdafiəçi bir ay yaşıl meydanlardan uzaq qalacaq.
