“Fənərbağça”da ciddi itki
14.02.2020 , 16:33

“Fənərbağça” klubu ciddi itki ilə üzləşib.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisinin yarımmüdafiəçisi Qarri Rodriqes sıradan çıxıb.
O, komandanın son məşqlərindən birində zədələnib. Müayinə nəticəsində futbolçunun sol bud əzələsində ikinci dərəcəli yırtıq aşkarlanıb.
Rodriqes azı 2-3 həftə meydanlardan kənar qalacaq.
