“Fənərbağça”da ciddi itki
04.12.2018 , 20:36

Tükiyə Superliqasının 14-cü turunda “Kasımpaşa” ilə matçda zədələnən “Fənərbağça”nın futbolçusu Matyu Valbuenanın son durumu müəyyənləşib.
Tibbi müayinədən keçən fransalı yarımmüdafiəçinin sol ayaq əzələsində problem aşkarlanıb. Onun iki həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Qeyd edək ki, “Fənərbağça” – “Kasımpaşa” görüşü 2:2 hesabı ilə başa çatıb.
