“Fənərbağça”da ciddi itki
15.01.2025 , 18:32

“Fənərbağça”nın qapıçısı Dominik Livakoviç zədələnib.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xorvatiyalı qolkiper Super Liqanın 19-cu turunun “Konyaspor”la keçirilən matçında sıradan çıxıb.
30 yaşlı oyunçu 2-3 həftə yaşıl meydanlardan uzaq qalacaq.
