“Fənərbağça”da ciddi itki
29.04.2024 , 19:01

“Fənərbağça” ciddi itki ilə üzləşib.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisinin yarımmüdafiəçisi İsmail Yüksek sıradan çıxıb.
25 yaşlı oyunçu Super Liqanın 34-cü turunun “Beşiktaş”la oyununda (2:1) zədələnib.
Topuğundan zədə alan futbolçunun mövsümün sonuna kimi yaşıl meydanlardan uzaq qalacağı bildirilir.
