“Fənərbağça”nın futbolçusu Mehmet Topuz komandadan ayrıla bilər.
Korner.az-ın məlumatına görə, bu barədə xəbəri türk mətbuatı yayıb. İstedadlı futbolçu keçmiş komandası olan “Kayserispor”a dönür. Keçmiş kapitanını qaytarmaq istəyən Kayseri təmsilçisi İstanbul klubuna rəsmi təklif göndrməyi düşünür.
Qeyd edək ki, Topuz 2009-cu ildən “sarı-lacivərtlilər”in şərəfini qoruyur.
