“Fənərbağça”da ayrılıq
19.10.2020 , 22:17

“Fənərbağça” futbolçusu Qari Rodriqeslə yolları ayırıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, İstanbul təmsilçisi 30 yaşlı yarımmüdafiəçi ilə müqaviləni qarşılıqlı olaraq ləğv edib. Onun müqavilə ilə məxsus olduğu Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubuna qayıtdığı qeyd olunub.
Qari Rodriqes keçən ilin yayında 2 illik icarəyə götürülmüşdü.
