“Fənərbağça”da ayrılıq
08.08.2020 , 19:27

“Fənərbağça” futbolçusu Hasan Ali Kaldırımla yollarını ayırıb.
Korner.az xəbər verir ki, 30 yaşlı müdafiəçinin başa çatan müqaviləsi yenilənməyib.
Futbolçu 2012-ci ildən “sarı-lacıvərdli” klubda çıxış edirdi. Türkiyə millisinin üzvü ötən mövsüm keçirdiyi 20 oyunda 4 məhsuldar ötürmə edib.
