“Fənərbağça”da ayrılıq
30.07.2020 , 16:58

“Fənərbağça” futbolçusu Erten Ersu ilə yollarını ayırıb.
Korner.az xəbər verir ki, bu barədə qapıçı “İnstaqram” hesabından paylaşım edib. O, İstanbul təmsilçisi ilə bitən müqaviləsini yeniləmədiyini bildirib.
Erten Ersu 2002-ci ildən “Fənərbağça”da idi.
