Türkiyə Super Liqasında mübarizə aparan “Fənərbağça” heyətini qapıçı ilə gücləndirir.
Korner.az-ın məlumatına görə, bu haqda goal.com xəbər yayıb.
“Sarı-lacivərtlilər” “Bursaspor”un qolkiperi Harun Tekini transfer etməyə yaxındı. Artıq klublar arasında razılıq əldə olunub.
“Çərçivə qoruyucusu” da İstanbul təmsilçisinə keçməyə razıdı.
Bildirilir ki, ”Fənərbağça” 27 yaşlı oyunçu ilə 5 illik müqavilə imzalayacaq.
