Türkiyənin “Fənərbaxça” klubu hücum xəttini yeni futbolçu ilə gücləndirmək fikrindədir
Korner.az-ın məlumatına görə, İstanbul klubu “Yuventus”un hücumçusu Mirko Vuçiniçlə razılığa gəlməyə yaxındır.
Britaniya mətbuatı yazır ki, “Arsenal” da forvardla yaxından maraqlanır. Lakin “Fənərbaxça” menteneqrolu futbolçuya daha yaxşı təklif irəli sürdüyündən onun Türkiyəyə gələcəyi bildirilir.
Qeyd edək ki, Vuçiniç 2011-ci ildə “Roma”dan “Yuventus”a 15 milyon avroya transfer olunub. Hücumçu Turin təmsilçisinin heyətində 92 oyunda 26 qol vurub.