“Fənərbağça” “Yuventus”dan futbolçu transfer edir
27.06.2024 , 21:36

“Fənərbağça” yeni transfer üçün hərəkətə keçib.
Korner.az xəbər verir ki, İstanbul klubu “Yuventus”da çıxış edən Veston Makkenni heyətinə cəlb etmək istəyir.
Klub rəhbərliyinin 25 yaşlı amerikalı yarımmüdafiəçinin meneceri ilə ilkin görüşü olduğu və maliyyə şərtlərinin müzakirə edildiyi bildirilir.
“Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo da ulduz futbolçunun transferinə müsbət yanaşır.
Ötən mövsüm “Yuventus”un heyətində 38 rəsmi oyuna çıxan Veston Makkenni bu matçlarda 10 məhsuldar ötürmə edib.
