“Fənərbağça” yeni transferi üçün gün sayır
14.01.2025 , 15:45

Transfer çalışmalarına davam edən “Fənərbağça” sürpriz transferini tamamlamaq üzrədir.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisi 25 yaşlı müdafiəçi Tutanın keçidi üçün Frankfurt “Ayntraxt”ı ilə anlaşıb.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Super Liqa klubu artıq futbolçunun meneceri ilə danışıqlara başlayıb. Klub tez bir zamanda oyunçu ilə razılığa gəlməyi planlaşdırır.
Braziliyalı müdafiəçi bu mövsüm 22 matçda meydana çıxıb və 1 qol vurub.
