“Fənərbağça” yeni transferə hazırlaşır
05.01.2025 , 15:42
“Fənərbağça” heyətinə yeni oyunçu cəlb edəcək.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisi “Əl-Nəsr”dən Anderson Taliskanın keçidini həll edib.
Transferin yanvarın 13-də rəsmən açıqlanacağı gözlənilir.
Anderson Talişka 2021-ci ilin yayından “Əl-Nəsr”də çıxış edir.