"Fənərbağça"da növbədənkənar prezident seçkiləri keçirilib.
Korner.az-ın məlumatına görə, səsvermədə 9380 nəfər iştirak edib.
Əziz Yıldırım: 6821, Mehmet Əli Aydınlar: 2383 səs toplayıb. 179 bülleten isə etibarsız hesab edilib.
Qalib gələn Əziz Yıldırımın nəticələrlə bağlı ilk açıqlaması belə olub:
"Fənərbağça" üçün lazım olduqda həbsə düşənlərin, son sözündə isə "Fənərbağça" deyənlərin mübarizəsi idi bu".
